Sarri "Latsio"nu tərk edir
İtaliyanın "Latsio" klubu baş məşqçi Mauritsio Sarri ilə müqaviləni ləğv edə bilər.
Sportlife.az xəbər verir ki, məşqçi ilə klub rəhbərliyi arasında münasibətlər pisləşib.
Bu səbəbdən tərəflərin əməkdaşlığa son qoyacağı gözlənilir.
Qeyd edək ki, Sarrinin "Latsio" ilə 2028-ci ilə qədər müqaviləsi var.