Güləşçimiz Ukraynaya "qızıl" qazandırdı

  • Bu gün, 13:10

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə yarışlar davam edir.

Sportlife.az xəbər verir ki, Ukraynanı 50 kq çəki dərəcəsində təmsil edən Azərbaycan əsilli Aidə Kərimova bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

O, 2024-cü ildə isə U-20 Avropa çempionatında eyni uğura imza atmışdı.

Qeyd edək ki, Aidə Kərimova Donetsk vilayətinin Toretsk şəhərində doğulub.


Paylaş: