"Arsenal"ın 70 milyonluq hədəfi
"Arsenal" "Leypsiq"in mərkəz müdafiəçisi Kastello Lukebanın transferi üçün danışıqlara başlayıb.
Sportlife.az xəbər verir ki, fransalı futbolçu Almaniya klubundan ayrılmağı planlaşdırır. O, karyerasını İngiltərə və ya İspaniya liqasında davam etdirmək istəyir.
İddiaya görə, Bundesliqa təmsilçisi 23 yaşlı futbolçu üçün 60-70 milyon avro transfer haqqı tələb edir.
Lukeba bu mövsüm bütün turnirlərdə 23 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.