"Qarabağ" Kuakunun gedişini açıqladı

  • Bu gün, 14:10

“Qarabağ” Kris Kuakunun ayrılığını açıqlayıb.

Sportlife.az xəbər verir ki, Azərbaycan çempionunun yaydığı açıqlamada bildirilib:

"Qarabağ" futbolçusu Kris Kuaku ilə bağlı Norveçin yüksək liqa təmsilçisi “Sarpsborq"la razılığa gəlib.

26 yaşlı yarımmüdafiəçi artıq yeni klubunun tibbi müayinəsindən keçib və rəsmi müqavilə imzalayacaq.

Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.

Futbolçuya klubumuzda çıxış etdiyi müddətdə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".


Paylaş: