Tonali üçün daha bir müştəri

  • Bu gün, 16:34

"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" yayda italiyalı futbolçunu heyətinə qata bilər.

25 yaşlı oyunçunun "sağsağanlar"la müqaviləsinin bitməsinə 3 il qalıb.

Tonali bu mövsüm "Nyukasl"da 46 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: