"Şamaxı"dan səfər qələbəsi

  • Dünən, 22:30

Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, günün 2-ci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri 32 xalla 6-cıdır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib - 2:1.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.


Paylaş: