Millimiz məğlubiyyətlə başladı
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokuna məğlubiyyətlə start verib.
Sportlife.az xəbər verir ki, B qrupunda yer alan yığma ilk oyununda Kanada ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə ilə bitib - 16:10.
Milli saat 16:05-də meydan sahibləri ilə münasibətlərə aydınlıq gətirəcək. Yığma sabah İspaniya ilə görüşəcək.