NBA-da 30 milyonluq sanksiya

  • Bu gün, 14:56

İkiqat NBA çempionu Kavay Leonardla bağlı müqavilə qalmaqalı ilə əlaqədar "Los-Anceles Klippers"ə sanksiya tətbiq oluna bilər.

Sportlife.az xəbər verir ki, klubun draftda ilk raundda üç seçimi itirəcəyi, həmçinin 30 milyon dollardan çox cərimə ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin aprel ayında Aspiration şirkəti Leonard ilə 28 milyon dollarlıq ayrıca 4 illik müqavilə imzalayıb. NBA isə bu tərəfdaşlığı tanımayıb.


Paylaş: