"Qarabağ"da gözlənilən ayrılıq
“Qarabağ”da ayrılıq baş verib.
Sportlife.az Afrika mətbuatına istinadən xəbər verir ki, Kris Kuaku Ağdam təmsilçisini tərk edib.
26 yaşlı yarımmüdafiəçi karyerasını Norveçdə davam etdirəcək. O, yüksək liqada çıxış edən "Sarpsborq"la müqavilə imzalamaq üçün sözügedən ölkəyə yollanıb.
Bu gün tibbi müayinədən keçən oyunçunun transferi tezliklə açıqlanacaq.
Qeyd edək ki, Kris Kuaku “Qarabağ”a ötən yay transfer olunmuşdu.