Kapitanla yeni müqavilə

  • 7 Aprel 2026, 13:54

"Mançester Yunayted" mərkəz müdafiəçisi və kapitanı Harri Maquayrla müqavilənin müddətini uzadıb.

Sportlife.az xəbər verir ki, yeni sözləşmə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Sözləşmə sonradan daha bir mövsüm uzadıla bilər.

33 yaşlı futbolçu 2019-cu ilin yayında "Lester Siti"dən "Mançester Yunayted"ə keçib. O vaxtdan bəri klubun heyətində 266 oyun keçirib.

Maquayr "Mançester Yunayted"lə ölkə kubokunu və Liqa Kubokunu qazanıb.


Paylaş: