"Qarabağ" ÇL-də yeni tarix yazdı!

  • Bu gün, 02:03

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin VIII turunda İngiltərədə “Liverpul”un qonağı olub. “Enfild” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mersisayd” təmsilçisinin heyətində qolları Aleksis Makallister (2), Florian Virts, Məhəmməd Salah, Uqo Ekitike və Federiko Kyeza vurublar.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.


Paylaş: