Premyer Liqadan Fransa çempionatına

  • Bu gün, 14:54

"Lans" "Sanderlend"in müdafiəçisi Artur Masuakunu mövsümün sonunadək icarəyə götürüb.

Sportlife.az xəbər verir ki, Konqo Demokratik Respublikasından olan 32 yaşlı futbolçu 2025-ci ilin avqust ayından "Sanderlend"də çıxış edir. O, 2025/26 mövsümündə dörd oyunda qol vura bilməyib. Futbolçunun ingilis klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Masuaku həmçinin "Beşiktaş", "Vest Hem", "Olimpiakos" və "Valensiya" kimi klublarda da oynayıb.

"Transfermarkt" onun transfer dəyərini 2,5 milyon avro olaraq qiymətləndirir.


Paylaş: