"Qarabağ"ın rəqibində məcburi dəyişiklik

  • Bu gün, 15:06

İngiltərənin “Liverpul” klubu müdafiə xəttindəki ciddi itkilər səbəbindən akademiyanın 19 yaşlı oyunçusu Amara Nallonu UEFA Çempionlar Liqasında “Qarabağ”la oyun üçün iştirak ərizəsinə daxil edib.

Sportlife.az xəbər verir ki, İbrahima Konate və Co Qomesin zədələri fonunda Vircil van Deyk komandada yeganə təcrübəli mərkəz müdafiəçisi kimi qalıb. Baş məşqçi Arne Slot bu boşluğu doldurmaq üçün Nallonu “B siyahısı” vasitəsilə heyətə əlavə edib.

Nallo “Liverpul”un əsas komandasında cəmi iki dəfə meydana çıxıb və hər iki oyunda meydandan qovulub. O, ötən mövsüm PSV, bu mövsümün oktyabrında isə “Kristal Pelas”la matçlarda qırmızı kart alaraq, klub tarixində ardıcıl iki oyunda qırmızı kart görən ilk futbolçu olub.

Qeyd edək ki, “Liverpul” - “Qarabağ” matçı bu gün saat 00:00-da start götürəcək.


Paylaş: