Dembele ərəblərin hədəfində
PSJ-nin hücumçusu Usman Dembele karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, transferin 2026-cı ilin yayında baş tutacağı gözlənilir.
Artıq onun keçidi ilə bağlı ilkin məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, Dembele PSJ-nin 30 milyonluq maaş təklifini rədd edib. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.