Fernandeş maaşından narazıdır

  • Bu gün, 18:39

"Mançester Yunayted”in kapitanı Bruno Fernandeş gələcəyi ilə bağlı qərarını verib.

Sportlife.az xəbər verir ki, portuqaliyalı ulduz klubda qalmağa hazırdır. Lakin o, yeni müqavilə üçün maliyyə şərtlərinin yaxşılaşdırılmasını tələb edib. Məlumata görə, yarımmüdafiəçi həftəlik maaşının 400 min funt sterlinqə çatdırılmasını istəyib.

Cari mövsümdə komandanın əsas simalarından biri olan Fernandeş meydana çıxdığı 22 oyunda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: