Vinisius qərarını verdi

  • Bu gün, 12:41

"Real"ın futbolçusu Vinisius Junior klubdakı gələcəyi ilə bağlı qərar verib.

Sportlife.az xəbər verir ki, braziliyalı Vinger "Real" rəhbərliyinə müqaviləsinin uzadılması məsələsi aprel ayına qədər həll olunmasa, klubdan ayrılmağa hazır olduğunu açıq şəkildə bildirib.

Vinisius 2018-ci ildə "Flamenqo"dan 45 milyon avroya "Real"a keçib. O, bu mövsüm Madrid təmsilçisi ilə 31 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə verib. Vinisiusun "Real"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.


Paylaş: