"Qarabağ" uduzdu, "Sabah" xal itirdi
AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqasında XIV turun oyunları keçirilib.
Sportlife.az xəbər verir ki, lider Tovuz səfərində xal itirib. "Qarabağ" isə öz meydanında "Qəbələ"yə 3 cavabsız qolla uduzub.
“Araz-Naxçıvan” – “Neftçi” – 0:4
Qollar: Emin Süleymanov, 14; Kamran İsmayılov, 39; Emir Fətiyev, 46; Elvin Vəliyev, 54
“Qarabağ” – “Qəbələ” – 0:3
Qollar: Rəvan Feyziyev, 19; Ömər Kərimov, 43; Ariz Kərimov, 74 (pen.)
EFA – “Şamaxı” – 3:2
Qollar: Nicat Quluzadə, 23; Ramal Abışov, 27; Ayxan Hüseynov, 41 - İlham Beybutov, 20, 53
“Kəpəz” – “Dinamo” (Bakı) – 5:2
Qollar: Elxan Məmmədov, 6, 23; Məhəmməd Allahverdiyev, 31; Sənan Şamilov, 55; İsabala Məmmədli, 76 - Xəzər Əmraslanov, 26; Rəsul Məmmədli, 45
“Zirə” – “Sumqayıt” – 2:1
Qollar: Məhəmməd Məmmədov, 59; Tunar Ocaqlı, 72 - Vəli Abbasov, 8
“Turan Tovuz” – “Sabah” – 1:1
Qollar: Tural Həsənov, 16 - Babamirzə Mehdiyev, 51