Ramos doğma klubunu 450 milyona alır
İspaniyalı müdafiəçi Serxio Ramos “Sevilya” klubunu almaq üçün prinsipial razılığa gəlib.
Sportlife.az xəbər verir ki, 39 yaşlı futbolçu klubu investisiya şirkəti “Five Eleven Capital” ilə birgə almağı planlaşdırır. Sövdələşmənin ümumi dəyəri 450 milyon avro olaraq qiymətləndirilir.
Ramos və tərəfdaşları hazırda klubun maliyyə hesabatlarını detallı şəkildə nəzərdən keçirirlər. “Sevilya” səhmdarlarının da təklifi artıq təsdiqlədiyi bildirilir.
Qeyd edək ki, Serxio Ramos “Sevilya”nın yetirməsidir.