Dambrauskas: “Hücumları bitirməkdə çətinlik çəkirdik“

  • Dünən, 21:00

“Sabah” Azərbaycan Premyer Liqasının 17-ci turunun son matçında bu gün “Karvan-Yevlax”ı qəbul edib.

Sportlife.az xəbər verir ki, 4:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis mövsümün ikinci hissəsinə yaxşı qələbə ilə başladıqlarını bildirib:

“Əvvəlcə azarkeşləri, rəhbərliyi və hər kəsi mövsümün ikinci yarısının başlaması münasibəti ilə təbrik edirəm. Mövsümün ikinci hissəsinə yaxşı qələbə ilə başladıq. Böyük hesablı qələbə qazansaq da, oyunda mənfi halları da gördüm. Hücumları bitirməkdə çətinlik çəkirdik. Qarşıdakı oyunlarda heç də bu qədər şanslarımız olmayacaq. Belə halların üzərində çalışmalıyıq. Qarşıda bizi “Zirə” ilə oyun gözləyir. Heç də asan olmayacaq. Sabahdan bərpa olunub bu oyunun hazırlıqlarına start verəcəyik.

Dəfələrlə demişəm, bizim hazırda 20-dən çox oyunçumuz var. Onların potensialına bələdik. Hələ heç də özlərinin yaxşı tərəflərini göstərməyiblər. Yaxşı bir oyunçu olarsa, transfer etmək istərik. Rəhbərliklə daim əlaqədəyik. Mənim işim futbolçulara məşq keçməkdir. Klubda transfer məsələləri ilə məşğul olan şəxslər var. Bu, mənim işim deyil. Şayiələrə inanmayın”.

“Sabah” növbəti turda “Zirə”nin qonağı olacaq.


Paylaş: