“Milan” qolkiperi ilə anlaşıb

  • Bu gün, 15:32

"Milan" və Mayk Menyan müqavilənin uzadılması barədə razılığa gəliblər.

Sportlife.az xəbər verir ki, fransalı qapıçının İtaliya klubu ilə yeni müqaviləsi 2031-ci ilə qədər qüvvədə olacaq. Müqavilənin rəsmiləşdirilməsi üçün tərəflərin yalnız formal addımları atması qalıb. "Rossonerlər” Menyanı komandanın əsas oyunçularından biri hesab edir.

Cari mövsümdə A Seriyasında 30 yaşlı qolkiper 20 matç keçirib və 16 qol buraxıb.


Paylaş: