Alonso “Liverpul”un ilk təklifini rədd etdi
“Liverpul” rəhbərliyi Realın sabiq baş məşqçisi Xabi Alonsonun agenti ilə əlaqə saxlayıb.
Sportlife.az xəbər verir ki, Mersisaydlılar 44 yaşlı mütəxəssisi komandalarına dəvət etmək istəyirlər. Alonsonun özü işə qayıtmağa hazırdır, lakin ilk təklifi qəbul etməyib.
İngiltərə klubu hazırda turnir cədvəlində 4-cü yerdədir. Onlar lider “Arsenal”dan 14 xal geri qalır.