Kurban Berdiyev: “Yaxşı qol epizodlarımız var idi”

  • Bu gün, 18:35

Azərbaycan Premyer Liqasının 17-ci turunun "Turan Tovuz" - "Sumqayıt"(2:1) görüşündən sonra ev sahibi komandanın baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında iştirak edib.

Sportlife.az xəbər verir ki, türkmənistanlı mütəxəssis komandasının qalibiyyətinə bu cür şərh verib:

"İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər".

- Komandanın hazırkı durumunu necə dəyərləndirirsiz? Qışda komandanı istədiyiniz kimi hazırlaya bilmisiz?

Yaxşı məşq etdik, şərait də yaxşı idi. 


Paylaş: