Sarri: “Bəzi futbolçular həmişə narazı olacaq”

  • Bu gün, 17:56

“Latsio"nun baş məşqçisi Mauritsio Sarri komandanın turnir cədvəlindəki mövqeyi ilə bağlı danışıb.

Sportlife.az xəbər verir ki, italiyalı mütəxəsis bunları deyib:

“İstərdim ki, Seriya A-dakı yerimizi inamla qoruyaq. Avropa yarışlarına vəsiqə qazanmaq üçün həmişə çox az şansımız olub. 10 gün əvvəl bir oyunçu getməzdən qabaq göz yaşları içində ofisimə gəldi. Aydındır ki, bir komandada 25 oyunçu olduqda və yalnız 15 nəfər oynayanda bəziləri həmişə narazı olacaq.

İnsanların mənimlə bağlı bir oyunçunun satıldığını deməsini xoşagəlməz hesab edirəm, xüsusən də gedən oyunçuların mənə tamamilə fərqli bir hekayə danışdıqlarını nəzərə alsaq. Onlar klubda heç bir ambisiya görmədikləri üçün getmək istədiklərini dedilər.

Mövsümün əvvəlində azarkeşlərə hörmət əlaməti olaraq, nə olursa olsun, işləməyə davam edəcəyimi dedim. Sözümü verdim və sözümə əməl etmək niyyətindəyəm. İyun ayında transfer qadağasına məruz qaldığımızı öyrənəndə azarkeşlərə hər şeyə dözəcəyimi, insanlara hörmət əlaməti olaraq davam edəcəyimi söz verdim".

"Latsio" İtaliya çempionatının 22-ci turunun səfər matçında "Leççe" ilə heç-heçə etdi. Roma klubu 22 oyundan sonra 29 xalla turnir cədvəlində 9-cu yerdədir.


Paylaş: