“Liverpul”un futbolçusu zədələnib
“Liverpul”un mərkəz müdafiəçisi Co Qomes zədələnib.
Sportlife.az xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının 23-cü turunda “Bornmut”a qarşı səfər matçında baş verib. Meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdə o, komanda yoldaşı Allisonla toqquşaraq zədə alıb və artıq 35-ci dəqiqədə məcburi əvəzlənməli olub.
Onun yanvarın 28-də “Qarabağ”a qarşı keçiriləcək Çempionlar Liqası oyununda iştirakı sual altındadır.
“Co Qomesin iki-üç günə məşqlərə qayıdıb-qayıtmayacağını deyə bilmərəm, amma bu gün davam edə bilməyəcəyi aydın idi” - deyə matçdan sonra “Liverpul”un baş məşqçisi Arne Slot bildirib.