"Qəbələ" 3 xalı darmadağınla qazandı

  • Bu gün, 15:59

Azərbaycan Premyer Liqasının XVII turunda "Qəbələ" səfərdə "Şamaxı"nı məğlub edib.

Sportlife.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində ilk qolu 45-ci dəqiqədə Domi Massumo vurub. Fasilədən sonra, 46-cı dəqiqədə isə "Qəbələ" İsaak Amoanın sayəsində 2-ci qolu rəqib qapısından keçirib. Görüşün 81-ci dəqiqəsində İsmael Akinade fərqi 3 topa çatdırıb. Matça əlavə olunmuş vaxtda isə Fərid İsgəndərov komandasının 4-cü qolunu vurmaqla son nöqtəni qoyub.

Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. XVII tura yanvarın 25-də yekun vurulacaq.


Paylaş: