
Premyer Liqamızda daha 2 oyun
Bu gün Azərbaycan Premyer Liqasının VI turunda daha iki oyun baş tutacaq.
Sportlife.az xəbər verir ki, əvvəlcə "Şamaxı" doğma azarkeşlər önündə "Araz-Naxçıvan"ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəşad Əhmədov idarə edəcək.
Günün son matçı Bakıda keçiriləcək. "Neftçi" Karvan-Yevlax"ı qəbul edəcək. Bu qarşılaşma saat 19:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası
I dövrə, VI tur
27 sentyabr
15:30. "Şamaxı" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı şəhər stadionu
19:00. "Neftçi" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
"Neftçi Arena"
Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə edib - 1:1. "Qarabağ" isə "Qəbələ" ni məğlub edib - 2:0. VI tura sentyabrın 28-də yekun vurulacaq.