Avrokubok hədəfinin konturları
Bu mövsüm “Sumqayıt”ın oyununda nəzərə çarpacaq dərəcədə müsbət çalarlar var. Saşa İliç 5 ay ərzində komandanı həm struktur, həm də oyun fəlsəfəsi baxımından yaxşıya doğru dəyişməyi bacarıb. Bu dəyişikliklər təkcə nəticələrdə deyil, komandanın meydandakı oyununda da hiss olunur.
İliç ilk mətbuat konfransında əsas hədəfinin komandanı formalaşdırmaq və sabit oyun üslubu qurmaq olduğunu bildirmişdi. "Sumqayıt"da ən çox diqqət çəkən dəyişiklik də məhz budur. Komanda hətta məğlub olduğu oyunlarda belə baxımlı futbol sərgiləyir, oyunun gedişinə nəzarət etməyə və təşəbbüsü əldən verməməyə çalışır.
Klubun prezidenti Riad Rəfiyev İliçin qarşısına avrokubok hədəfi qoyub. 16 turdan sonra 5-ci pillədə qərarlaşan "Sumqayıt" hazırda avrokubok zonasındadır. Lakin mövsümü uğurla başa vurması üçün İliçin heyətdə müəyyən korrektələr etməsinə və daha dərin rəqabət mühiti formalaşdırmasına ehtiyac var.
Sportlife.az