Palmer klubunu dəyişə bilər
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının başqa klubunun maraq dairəsinə düşüb.
Sportlife.az xəbər verir ki, “Mançester Yunayted” ingilis futbolçuyla müqavilə imzalamaqda maraqlıdır. “Qırmızı şeytanlar” yarımmüdafiəçini Bruno Fernandesin əvəzedicisi kimi nəzərdən keçirir.
Palmerin “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin yayında başa çatacaq. 23 yaşlı futbolçu 2025/2026 mövsümündə 12 oyunda iştirak edib və 4 qol vurub.