“Yuventus” fransız futbolçu ilə maraqlanır
Turinin "Yuventus" klubu "Kristal Palas"ın hücumçusu Jan-Filip Mateta ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, 28 yaşlı fransız futbolçu daha yüksək səviyyəli komandaya keçməyə ümid edir. İtaliya klubu oyunçunun vəziyyətini diqqətlə izləyir.
Ötən mövsüm "Milan" oyunçuya maraq göstərsə də, 40 milyon avroluq qiymət "rossonerilər" üçün çox yüksək olub. İndi vəziyyət dəyişib: Matetanın "Kristal Palas"la müqaviləsi 2027-ci ilin yayına qədərdir və “Yuventus" hücumçuya 20-25 milyon avro xərcləməyə hazırdır və onu Duşan Vlahoviçin əvəzedicisi kimi görür.
Mateta bu mövsüm artıq 32 oyunda meydana çıxıb, 10 qol vurub və iki məhsuldar ötürmə edib.