“Qələbəyə layiq idik“
Nigeriya millisinin baş məşqçisi Erik Şelle komandasanın Afrika Millətlər Kubokunun 1/4 finalında Əlcəzair üzərindəki qələbəsindən danışıb.
Sportlife.az xəbər verir ki, 48 yaşlı mütəxəssis futbolçuları ilə qürur duyduğunu bildirib:
"Nigeriyalı oyunçular çox xoşbəxtdirlər və mən onlarla inanılmaz dərəcədə qürur duyuram. Matçdan həqiqətən zövq aldıq. Milli komandanın məşqçisi təyin olunduqdan bəri çox çalışmışam. Hazırlığa çox sərmayə qoymuşuq. Eyni ruhda işləməyə davam etməliyik.
Əlcəzair üzərində qələbəyə layiq idik. Bu, fantastik bir matç idi və mən qələbədən çox məmnunam. Bu oyundan sonra növbəti oyunumuz var və biz buna hazırlaşacağıq. Mərakeş güclü komandadır və ev sahiblərinin təzyiqi əhəmiyyətli olacaq. Mərakeşlə qarşılaşdığımız üçün fəxr edirəm və ümid edirəm ki, bu, çox layiqli bir komandanın qələbə qazanacağı yaxşı bir matç olacaq".
Nigeriya və Mərakeş arasında yarımfinal matçı 14 yanvarda keçiriləcək.