Paralimpiya çempionumuz Barselonada
İspaniyanın Barselona şəhərində paraüzgüçülük üzrə Dünya Seriyasının növbəti mərhələsi start götürür.
Sportlife.az xəbər verir ki, martın 19-dan 22-nə qədər davam edəcək yarışda Azərbaycanı 3 idmançı təmsil edəcək.
S12 kateqoriyasında üçqat paralimpiya çempionu Raman Saley, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülər Əli Vəliyev və Murad Məmmədov medallar uğrunda mübarizə aparacaqlar.
Paralimpiyaçılarımız yarışa məşqçilər Fyodor Kirillov və Faiq Əsgərovun rəhbərliyi altında qatılıblar.