Salahın zədələndiyi təsdiqləndi
"Liverpul"un baş məşqçisi Arne Slot Məhəmməd Salahın Çempionlar Liqasının 1/8 final mərhələsinin "Qalatasaray"la cavab oyununda əvəzlənməsinin səbəbini açıqlayıb.
Sportlife.az xəbər verir ki, niderlandlı mütəxəssis misirli forvardın zədələndiyini təsdiqləyib. Təcrübəli futbolçu 74-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma "Liverpul"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Salah görüşü 1 qol və 1 məhsuldar ötürmə ilə tamamlayıb.