"Barselona" 3-cü dəfə...
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Nyukasl"ı 7:1 hesabı ilə darmadağın edən "Barselona" turnirin tarixində 3-cü dəfə bir matçda 7 qol vurub.
Sportlife.az xəbər verir ki, Kataloniyalılar bunu daha əvvəl 2012-ci ilin martında "Bayer"ə qarşı 1/8 final matçında (7:1) və 2016-cı ilin sentyabrında qrup mərhələsində "Seltik"ə qarşı (7:0) etmişdilər.
"Barselona" ümumi hesabda (8:2) "Nyukasl"a qalib gələrək 1/4 finala yüksəlib. Komanda bu raundda "Atletiko" ilə qarşılaşacaq.