İnzaqinin rekordu yeniləndi

  • Bu gün, 11:49

"Barselona"nın hücumçusu Robert Levandovski (37 yaş 209 gün) UEFA Çempionlar Liqası matçında 2 qol vuran ən yaşlı oyunçu olub.

Sportlife.az xəbər verir ki, polşalı forvard bu uğura Çempionlar Liqasının 1/8 final mərhələsinin "Nyukasl"la cavab matçında imza atıb

Futbolçu bununla 2010-cu ilin noyabrında "Milan"ın heyətində "Real"a 2 qol vuran Filippo İnzaqinin (37 il 86 gün) rekordunu yeniləyib.

Bu mövsüm Levandovski 36 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.


Paylaş: