Messi: Minə 100 qol qaldı

  • Bu gün, 10:46

"İnter Mayami"nin kapitanı Lionel Messi karyerasında 900-cü qolu vurub.

Sportlife.az xəbər verir ki, argentinalı ulduz futbolçu KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin "Neşvill"lə cavab oyununda (1:1) fərqlənib.

39 yaşlı forvard 7-ci dəqiqədə hesabı açıb.

Qeyd edək ki, Messi 900 qolun 672-sini "Barselona"da, 32-sini PSJ-də, 81-ni "İnter"də, 115-ni isə Argentina millisində vurub.


Paylaş: