"Qarabağ"dan 17 pilləlik sıçrayış

  • Bu gün, 11:05

Klubların dünya reytinqi yenilənib.

Sportlife.az xəbər verir ki, Azərbaycan təmsilçilərinin də cədvəldəki mövqeyi bəlli olub.

Ən reytinqli təmsilçimiz “Qarabağ” 17 pilləlik irəliləyişə nail olub. Ağdam təmsilçisi hazırda dünyanın 158-ci komandasıdır. Azərbaycan Premyer Liqasının lideri “Sabah” isə 19 rəqibini geridə qoyub. Bakılılar hazırda 314-cü sıradadır.

“Neftçi”, “Şamaxı” və “Kəpəz” də reytinqdə irəliləyib. Xüsusən də, ilk 2 komanda böyük sıçrayışla diqqət çəkib. Əvəzində “Zirə”, “Turan Tovuz”, “İmişli”, “Sumqayıt”, “Qəbələ” və “Karvan-Yevlax” geriləyiblər. Yalnız “Araz-Naxçıvan” mövqeyini dəyişməyib.

Ümumilikdə 14 min 281 klubun yer aldığı dünya reytinqinə 100 əmsalla İngiltərə klubu “Arsenal” başçılıq edir.

158 (17). “Qarabağ” – 81,2 xal

314 (19). “Sabah” – 78,3

578 (-46). “Zirə” – 74,8

645 (-15). “Turan Tovuz” – 73,9

759 (58). “Neftçi” – 72,8

986 (0). “Araz-Naxçıvan” – 71,0

1285 (68). “Şamaxı” – 68,8

1426 (-55). “İmişli” – 67,9

1466 (-82). “Sumqayıt” – 67,7

1683 (-96). “Qəbələ” – 66,5

1923 (26). “Kəpəz” – 65,4

2616 (-51). “Karvan-Yevlax” – 62,7


Paylaş: