"Qalatasaray"dan UEFA-ya müraciət
"Qalatasaray" UEFA-ya müraciət edib.
Sportlife.az xəbər verir ki, bu barədə klubun baş katibi Eray Yazqan açıqlama verib.
O, "Liverpul"la ÇL oyununda (2:7) yarımmüdafiəçi Noa Lanqın ciddi zədə alması ilə bağlı hadisənin qiymətləndirməsini istədiklərini bildirib.
Qeyd edək ki, oyun zamanı Lanqın barmağı reklam lövhəsinin arasında qalaraq dərin kəsilib.