İran DÇ ilə bağlı mövqeyini dəyişdi
İran Yaxın Şərqdəki münaqişə səbəbindən dünya çempionatını boykot etməyi planlaşdırmır.
Sportlife.az xəbər verir ki, bu barədə yerli federasiyanın prezidenti prezidenti Mehdi Tac açıqlama verib.
O bildirib ki, İran DÇ-2026-nı yox, ABŞ-ni boykot edir: "Milli komanda Türkiyədə təlim-məşq toplanışı və iki yoldaşlıq oyunu keçirəcək. Biz mundialı yox, ABŞ-ni boykot edəcəyik".
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.