"Zirə"dən Yevlaxda vacib qələbə

  • Bu gün, 16:56

"Zirə" Azərbaycan Premyer Liqasının XXV turunda qələbə qazanıb.

Sportlife.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "Karvan-Yevlax"ı üstələyib.

"Qartallar" Yevlax şəhər stadionundakı qarşılaşmada minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolu 79-cu dəqiqədə akrobatik zərbə ilə Anatoli Nuriyev vurub.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Zirə" 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 8 xalla sonuncu -12-ci sıradadır.

Günün 2-ci matçında "Sabah" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.


Paylaş: