Noyer komandada qalacaq?

  • Bu gün, 10:52

“Bayern”in idman direktoru Maks Eberl komandanın əsas qapıçısı Manuel Noyerin gələcəyi ilə bağlı açıqlama verib.

Almaniyalı qolkiperin klubla müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Sportlife.az xəbər verir ki, klub rəsmisi Noyerin “Bayern” üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Noyer klub üçün çox iş görüb. Onun tezliklə 40 yaşı olacaq, amma hələ də yüksək səviyyədə çıxış edir. Biz danışıqlar masasına əyləşəcəyik və müqavilə məsələsini müzakirə edəcəyik”.


Paylaş: