“Milan”dan qolkiperinə yeni təklif
"Milan" Mayk Manyana yeni müqavilə təklif edib.
Sportlife.az xəbər verir ki, "rossonyerlər" fransızı buraxmaq niyyətində deyil. İtaliya klubu 30 yaşlı qolkiperlə 3 illik müqavilə imzalamağı planlaşdırır.
Lakin Manyan hələ ki klubun təklifinə konkret cavab verməyib.
Fransa millisinin qapıçısı 2021-ci ildə “Lill”dən “Milan”a keçib.