Millimizin üzvü oynadı, komandası məğlub oldu

  • Bu gün, 15:39

Niderlanda Erediviziyasının 18-ci turunun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Alkmaar"a 0:1 hesabı ilə uduzub.

Kökçü matçın 68-ci dəqiqəsində - komandası hesabda geri olandan daxil olub.

Hazırda "Volendam" 14 xalla turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.


Paylaş: