Flik: “Bu kuboku qazanmaq istəyirik”
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya Superkubokunun finalında "Real"lə qarşıdakı oyun barədə danışıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis deyib:
"Bu, "El Klasiko"dur və mən "Atletik"lə matçda göstərdiyimiz oyunu görmək istəyirəm. Biz bir komanda kimi oynamalıyıq. Futbolçularımın meydanda əllərindən gələni etmələrini istəyirəm. Mənim üçün ən vacib şey budur.
Final finaldır. "Real"la oyunlar isə tamamilə fərqlidir. Futbolçularıma güvənirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.
"Real" fantastik komandadır, ən yaxşılarından biridir. Onların dünya səviyyəli, ən yüksək keyfiyyətli oyunçuları var. Amma mən komandama diqqət yetirirəm, çünki bu kuboku qazanmag istəyirik"
Görüş bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.