Yerdə qalan uşaq futbolu
Gördüyünüz fotolar AFFA-nın keçirdiyi U-12 Liqasının oyunlarındandır.
Meydanın kənarında oturan uşaqlar komandaların ehtiyat oyunçularıdır. 11-12 yaşlı uşaqlar. Sabahın ümidi kimi təqdim olunan uşaqlar. Hər şey aydındır?
Oyunların bir qismi Binə stadionunda, digər hissəsi isə Cüdo Federasiyasının stadionunda keçilir. Cüdo Federasiyasının stadionunda hər komanda üçün ayrıca ehtiyat oyunçular skamyası var.
Binədə isə belə bir şərait yoxdur və bütün komandalar öz paltarlarının və idman çantalarının üstündə, bəziləri isə yerdə əyləşirlər.
Belə görünür ki, komandalar üçün yetəri qədər paltardəyişmə otaqları da yoxdur. Olsaydı, çantalar yerə səpələnməzdi.
44 milyon büdcəsi olan AFFA uşaq futbolu üçün elementar şəraiti yaradan bilmir? AFFA uşaq liqalarında minimal infrastrukturu təmin edə bilmirsə, bu vəsait hara xərclənir?
Bəs, hər şeyə sıfırdan nə vaxt başlanılacaq? Baş katiblik buna da baş sındıra bilmir?
Sabah nəticə tələb edəndə, Avropada uğur gözləyəndə ilk növbədə bu görüntüləri xatırlamaq lazımdır.
Mirələm HƏSƏNLİ