"Qarabağ" "Şamaxı"ya qarşı
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları davam edir.
Sportlife.az xəbər verir ki, bu gün daha bir matç keçiriləcək.
"Qarabağ" öz meydanında "Şamaxını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 19:00-da başlayacaq.
İlk oyunda "Şamaxı" 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, cavab matçlarına martın 5-də yekun vurulacaq. Ötən gün "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyən (ilk oyun - 0:0) "Zirə" komandası yarımfinalda iştirakını təmin edib.