MS-ni "Aston Villa"ya dəyişə bilər

  • Bu gün, 15:55

"Mançester Siti"nin qapıçısı Ceyms Trafford bu yay klubdan ayrıla bilər.

Sportlife.az xəbər verir ki, "Aston Villa" qolkiperi transfer etməkdə maraqlıdır.

Canluici Donnarummanın gəlişindən bəri Trafford start heyətindəki yerini itirib.

Bir neçə Premyer Liqa klubu qapıçı ilə maraqlandığını bildirib və potensial variantlar arasında "Aston Villa" da var. Trafford indiyə qədər cəmi 11 oyun keçirib. "Nyukasl Yunayted" də oyunçunu izləyir.

O, ötən yay "Börnli"dən "Mançester Siti"yə keçib və beş illik müqavilə imzalayıb.


Paylaş: