Qeyri-adi qovulma

  • Bu gün, 15:32

Braziliyanın "Flamenqo" klubu baş məşqçi Filipe Luisi qovub.

Sportlife.az xəbər verir ki, istefa komandanın Rio-de-Janeyro çempionatının yarımfinalında "Madureyra" üzərində 8:0 hesablı qələbədən bir neçə saat sonra baş verib.

40 yaşlı Filipe Luis 2024-cü ildən komandanı çalışdırırdı.

O, əvvəllər "Flamenqo"ya Libertadores Kuboku, Braziliya Kuboku və Braziliya Superkubokunu qazandırıb.


Paylaş: