"Qarabağ" biletləri satışa çıxardı

  • Bu gün, 12:52

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı” ilə keçirəcəyi cavab oyunun biletlərini satışa çıxarıb.

Sportlife.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq, 5, 10 və 20 manat aralığında dəyişir.

Biletlər bu gündən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Martın 4-də keçiriləcək matça saat 19:00-da start veriləcək. İlk oyunda “Şamaxı” qələbə qazanıb – 2:1.


Paylaş: