UEFA "Tottenhem"i cərimələdi
UEFA İntizam Komitəsi "Tottenhem"i cəzalandırıb.
Sportlife.az xəbər verir ki, buna London klubunun azarkeşlərinin Çempionlar Liqasının 8-ci turunun "Ayntraxt""la oyunundakı irqçi şüarları səbəb olub.
Avropa futbol qurumu buna görə İngiltərə təmsilçisini 30 min avro cərimələyib.
Bundan əlavə, "Tottenhem"ə UEFA bayrağı altında turnirlərdə növbəti səfər oyunu üçün azarkeşlərə bilet satmaq qadağan edilib və kluba 1 illik sınaq müddəti verilib.
Paytaxt təmsilçisi, həmçinin fanatların meydana yad əşyalar atdığına görə daha 2250 avro cərimələnib.