"Levandovskinin yoxluğu ilə barışmalıyıq"
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Robert Levandovskinin Kral Kubokunun yarımfinal mərhələsində "Atletiko"ya qarşı cavab oyununu buraxmasını şərh edib.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis polşalı forvardın yoxluğu ilə barışmalı olduqlarını bildirib:
"Təəssüf ki, o, "Vilyarreal"la görüşdə rəqiblə toqquşdu. Bir neçə oyunçunun - Qavi, Kristensen, De Yonqun - yoxluğu da ciddi itkidir. Amma komanda yaxşı hazırlaşıb. Bunlar başqalarının öz bacarıqlarını nümayiş etdirməsi üçün fürsətdir".
Qeyd edək ki, ilk oyunda "Atletiko" "Barselona"nı 4:0 hesabı ilə darmadağın edib.